Simsar.az | bizi özünüzə Simsar bilin
Yalçın Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Yalçın Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Adıgözəlov Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artistidir. Noyabrın 4-də onun 60 yaşı tamam olacaq.

6 Noyabr, 2019  17:21 Baxılıb: 1106

Bu bölmədə