Simsar.az | bizi özünüzə Simsar bilin
İtkin düşmüş 71 yaşlı qadın tapılıb - BAKIDA

Bakıda itkin düşmüş 71 yaşlı qadın tapılıb. Hadisə noyabrın 3-də paytaxtın Suraxanı rayonunun T.Allahverdiyev küçəsində baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü S.İsmayılova həmin gün saat 9 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Surxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.İsmayılova tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(report)

5 Noyabr, 2019  15:17 Baxılıb: 1028

Bu bölmədə