Simsar.az | bizi özünüzə Simsar bilin
Qüdrət Həsənquliyev Azadlıq meydanını istədi

“Əgər Azadlıq meydanı verilmirsə, onda başqa bir meydan salınsın"

“Biz istəyirik ki, 19 iyunda mitinq keçirmək istəyənlər bunu razılaşdırılmış şəkildə həyata keçirsinlər. Əks halda, yenə polis bunun qarşısını alacaq və kimlərsə tutulacaq, döyüləcək. Razılıq əldə edilməyəcəyi təqdirdə isə mən mitinq keçirilməsinin əleyhinəyəm və düşünürəm ki, etiraz aksiyalarının keçirilməsinə ən azı bir il moratorium qoymaq lazımdır”.


Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti etiraz aksiyaları üçün daha əlverişli yer ayırmalıdır: “Vətəndaşların evlərinə sərbəst getmək, dincəlmək və s. kimi hüquqlardan daha üstünü onların siyasi hüquqlarının təminidir. Çünki siyasi hüquqlar olmasa, heç bir hüquq olmaz”. 

Deputat deyib ki, insanların bu hüququndan istifadə etməsi üçün xüsusi parklar salına bilər: “Əgər Azadlıq meydanı verilmirsə, onda başqa bir meydan salınsın və orada həm insanlar istirahət etsinlər, həm də etiraz aksiyaları və s. kimi hüquqlarından istifadə etsinlər. Bunun üçün İngiltərədə “Hayd Park” örnəyi var”.

Mitinq üçün uyğun yer ayrılması ilə bağlı bir neçə dəfə BŞİH-ə ümumi şəkildə müraciət etdiklərini bildirən BAXCP sədri partiyasının mövqeyini ifadə etdiyini qeyd edib.

10 İyun, 2011  19:08 Baxılıb: 994

Bu bölmədə