Simsar.az | bizi özünüzə Simsar bilin
DİQQƏT! Bakıda bu küçədə hərəkət 3-4 gün ərzində məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

Bu barədə Simsar.az a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.

17 Oktyabr, 2019  13:05 Baxılıb: 1024

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası