Atəşkəs 22 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
11 Oktyabr, 2019 10:54 ⁄ Baxılıb: 1071
Bu bölmədə18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü22 Yanvar, 2024 33 yaşlı kişi itkin düşüb - SUMQAYITDA |