Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə ərazisi top atəşinə tutuldu - 9 yaralı var

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

10 Oktyabr, 2019  17:19 Baxılıb: 1568

Bu bölmədə