Simsar.az | bizi özünüzə Simsar bilin
Paket çaylarının orqanizmə ZƏRƏRLƏRİ

Çay gündəlik həyatımızda ən çox istifadə etdiyimiz içkilərdəndir. Dünyada çay ən çox istehlak edilən içkilər arasından ikinci yerdə qərarlaşıb. Orqanizmin qidalanmasında çayın böyük əhəmiyyəti var. Dünyada çayın 1500-dən çox növü mövcuddur. Çayın vətəni Çin hesab olunur. Burada çayın müxtəli növlərindən istifadə edilir. Ölkəmizdə çayın ən çox qara və yaşıl növləri içilir.

Çay xərçəng riskini azaldır, görmə qabiliyyətini yüksəldir, qan dövranını yaxşılaşdırır, həzmi asanlaşdırır, bədəndəki zərərli maddələri yox edir, böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Çayın insan orqnizmi üçün faydaları olduğu kimi, zərərləri da var. Gün ərzində çox çay içmək əsəb pozğunluğuna, yüksək təzyiqə, əl əsməsinə, baş ağrısına, yuxusuzluğa səbəb ola bilər.

Çaylar bir dəfəlik dəmlənmə (paket) formasında da istifadə olunur. Bu cür çaylar ilk dəfə olaraq ABŞ-da 1908-ci ildə istehsal olunub. Ölkəmizdə də paket çaylardan istifadə geniş yayılıb.

Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, paket çayların insan sağlamlığına mənfi təsiri var.

Paket çayların qaynar suda əriyib parçalanmaların qarşısını almaq məqsədi ilə tətbiq olunan epiklorohidrin maddəsinin pestisit (böcək dərmanı) olaraq istifadə edildiyi və xərçəngə səbəb olduğu məlum olub. Epiklorohidrin  su ilə birləşdiyində sonsuzluqla və immunitetin azalmasına gətirib çıxardan  “3-MCPD” adlı bir maddəyə çevrilir. Bundan əlavə çay paketlərinin hazırlanmasında köhnə yarpaqlardan istifadə edilir. Paket çaylar banan ağacı növü olan Abaka ağacının yarpaqlarının qalın saplarından əldə edilən liflərdən hazırlanır. Qurudulan liflər hazırlanmaq üçün fabriklərə göndərilir.

Paket çaylar ilk bazara çıxarılan zaman ip hissəsini bərkitmək üçün sim steplərdən istifadə olunurdu. Hazırda bu cür çaylara rast  gəlinməsə də bu haqda məlumatlı olmaqda fayda var. Onlardan istifadə edərkən simdəki zərərli maddələr çaya keçir. Buna görə də, çay alarkən steplərdən istifadə olunmayan və etibarlı markalara üstünlük vermək məsləhətdir.

10 Oktyabr, 2019  16:53 Baxılıb: 136

Bu bölmədə