![]() |
Beyləqanda döyülərək yol kənarına atılan 18 yaşlı qız xəstəxanada ölüb
Beyləqan rayonunda döyülərək yolun kənarına koma vəziyyətində atılan qız ölüb. Bu barədə Trend-ə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, oktyabrın 8-də ağır vəziyyətdə xəstəxanaya gətirilən, rayonun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı bu gün xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib. Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib. Qızda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qızda komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.
9 Oktyabr, 2019 15:55 ⁄ Baxılıb: 194
Bu bölmədə5 Dekabr, 2019 Birmərtəbəli ev yanıb - GƏNCƏDƏ4 Dekabr, 2019 Mingəçevirdə zəncirvari yol qəzası baş verib4 Dekabr, 2019 Bakıda iki qardaş bıçaqlanıb3 Dekabr, 2019 Balakəndə meşədən asılmış qadın meyiti tapılıb3 Dekabr, 2019 Azərbaycanda daha 5 tələbə zəhərləndi |