Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar

Nəsimi rayonunda bədbəxt hadisə baş verib. İnsident 5-ci mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.  Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

9 Oktyabr, 2019  10:07 Baxılıb: 164

Bu bölmədə