Simsar.az | bizi özünüzə Simsar bilin
2400 suriyalı Türkiyəyə sığındı

Hərbi əməliyyatlar yerli sakinlərin Suriyanı tərk etməsinə səbəb olub

Suriyanın Türkiyə ilə sərhəddə əməliyyat aparması ərazidə yaşayan suriyalıların ev-eşiklərindən didərgin düşməsinə səbəb olub. 

Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, minlərlə suriyalı Suriya - Türkiyə sərhədini keçib. Onlar hökumət qüvvələri ilə yeni toqquşmalardan ehtiyatlanırlar. Türkiyə Qızıl Ay Cəmiyyəti onlar üçün artıq ikinci müvəqqəti düşərgə salıb. Türkiyənin xarici işlər nazir Əhməd Davudoğlu bildirib ki, 2400 nəfr sərhədi keçib.

Sərhədi keçənlər Jisr al-Shughour şəhərinin sakinləridir. Suriya hökuməti iyunun 9-da bu şəhər qoşun və hərbi texnika yeridib.

Ramil

10 İyun, 2011  18:13 Baxılıb: 977

Bu bölmədə