Simsar.az | bizi özünüzə Simsar bilin
DİQQƏT! Bu küçələrdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xətai rayonu, Səmədbəy Mehmandarov və Yasamal rayonu, Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Simsar.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

8 Oktyabr, 2019  11:56 Baxılıb: 138

Bu bölmədə