Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ siyasətçiləri Asim Mollazadəyə söz verdilər

Azərbaycan həqiqətlərini ABŞ ictimaiyyətinə çatdıracağıq

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Dünya İşləri üzrə Şurasının prezidenti və icraçı direktoru Lori Mürreyin başçılıq etdiyi həmin Şurasının müxtəlif ştatlardakı rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib. 


Partiyanın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması yolları, Azərbaycanın inkişaf perspektivləri, Avroatlantik məkana inteqrasiya məsələləri müzakirə olunub. Asim Mollazadə həmçinin qonaqlara rəhbərlik etdiyi partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Qonaqlar da öz növbələrində bildiriblər ki, Azərbaycanla bağlı həqiqətləri ABŞ ictimaiyyətinə çatdıracaqlar.

10 İyun, 2011  17:41 Baxılıb: 935

Bu bölmədə