İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ötən illər ərzində Çin Xalq Respublikası böyük inkişaf mərhələsi keçərək həyatın bütün sahələrində misilsiz uğurlar qazanmış, köklü iqtisadi islahatlar yolu ilə modern infrastruktura malik ölkəyə, dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilmişdir. Müəllifi olduğunuz “Bir kəmər, bir yol" təşəbbüsü irimiqyaslı transmilli beynəlxalq əməkdaşlıq layihəsi kimi ayrı-ayrı ölkələrin və bütövlükdə Avrasiya məkanının çiçəklənməsi üçün geniş imkanlar açmışdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, biz Azərbaycan-Çin əməkdaşlığına böyük əhəmiyyət veririk. Qədim tarixə və xoş ənənələrə malik olan əlaqələrimiz hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi və humanitar sahələrdə birgə səmərəli işimiz üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada daha da dərinləşməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və rifah diləyirəm”.
30 Sentyabr, 2019 18:49 ⁄ Baxılıb: 919
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |