"Natiq" ritm qrupunun konserti olacaq - Heydər Əliyev Mərkəzində
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun konserti keçiriləcək. Simsar.az -ın məlumatına görə, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh" və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələr də ifa edəcək. Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə "Natiq" ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb. 2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub. 2011-ci ildə Koreyada Dünya Ritm yarışmasında "Dünya Qran Prisi"ni qazanıb. 2012-ci ildə "Eurovision", 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə "Formula 1", 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib. Qrup ABŞ, Almaniya, Avstiya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib. Natiq Şirinov dünyanın bir çox məşhurları – Ruslana, Rihanna, Sami Yusuf, Stiven Siqal və s. ilə birgə çıxışlar edib.
30 Sentyabr, 2019 16:14 ⁄ Baxılıb: 1309
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |