Simsar.az | bizi özünüzə Simsar bilin
Vilayət Eyvazov iki rəis müavinini işdən çıxardı

Samux Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər. Hər iki rəis müavini sərəncama götürülüb. Onların yerinə hələlik təyinat yoxdur.

27 Sentyabr, 2019  18:03 Baxılıb: 837

Bu bölmədə