Simsar.az | bizi özünüzə Simsar bilin
Bu uşaq itib - FOTO

Qazax rayonunda 13 yaşlı uşaq itkin düşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 2006-cı il təvəllüdlü Sadıqov Rəvan Anar oğlu sentyabrın 26-ı səhər saat 8 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində boz şalvar, qara ayaqqabı, ağ köynək və onun üzərindən göy jaket olub. Boyu 150 sm, arıq, gözləri qara, sağ əlinin üstündə yanıq izləri var.

Onu görənlərdən xahiş olunur ki, DİN-in 102 xidmətinə, Qazax RPŞ-yə və ya 050 392 02 21, 055 335 29 55, 022 29 51497 nömrələrinə zəng edərək məlumat versinlər.

27 Sentyabr, 2019  17:47 Baxılıb: 960

Bu bölmədə