Simsar.az | bizi özünüzə Simsar bilin
Xırdalan işıqsız qaldı

Xırdalanda tikilən yarımstansiyaya görə şəhərin bəzi əraziləri işıqsız qalıb. Məsələ barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsi, xüsusən Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb: “Bu Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır. Hazırda yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir.

Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.(oxu)

26 Sentyabr, 2019  18:20 Baxılıb: 766

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası