Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyevin Sloveniya səfəri davam edir-FOTO

“Bütövlükdə Sloveniya-Azərbaycan əlaqələrinin inkişafı üçün bu gün çox əlamətdar bir gündür”

İyunun 9-da Sloveniya Respublikasına rəsmi səfər edən Azərbaycan prezidenti İlham Əliyev 
Həmin gün həmkarı Danilo Türklə görüşüb.

Geniş tərkibli görüş başa çatdıqdan sonra Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub.

“Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzalayıblar.

“Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın iqtisadiyyat naziri xanım Darya Radiç imzalayıblar.


İ.Əliyev Lyublyana şəhər meriyasında olub.
Prezident İlham Əliyev şəhər meri ilə görüşündə son bir neçə il ərzində Lyublyananın daha da gözəlləşdiyini, abadlaşdığını və çox gözəl Avropa şəhərinə çevrildiyini vurğulayaraq deyib.

“Bütövlükdə Sloveniya-Azərbaycan əlaqələrinin inkişafı üçün bu gün çox əlamətdar bir gündür. Bu gün keçirdiyim görüşlər, apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər bizim ölkələrimizi bir-birinə daha da yaxın edəcəkdir” deyə, İ.Əliyev qeyd edib.

RAMİL

10 İyun, 2011  17:10 Baxılıb: 953

Bu bölmədə