Simsar.az | bizi özünüzə Simsar bilin
Yevlaxda evdən 15 kq marixuana və silah tapılıb

Yevlaxda evdən narkotik maddə və silah aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Simsar.az - a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Köyük kənd sakini İ.İbrahimovun evindən 14,9 kiloqrama yaxın marixuana və 1 ədəd nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi, habelə evinin yaxınlığındakı meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

25 Sentyabr, 2019  13:34 Baxılıb: 898

Bu bölmədə