Simsar.az | bizi özünüzə Simsar bilin
17 min manatlıq qızıl oğurlanıb - BAKIDA

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki evlərin birindən 200 manat və 17500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

25 Sentyabr, 2019  13:15 Baxılıb: 891

Bu bölmədə