Simsar.az | bizi özünüzə Simsar bilin
DSX və DİN birgə əməliyyat keçirdi

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb. Xidmətin Mətbuat Mərkəzindən verilən məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

25 Sentyabr, 2019  12:08 Baxılıb: 716

Bu bölmədə