Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Soçiyə gedəcək

Oktyabrın 3-də Soçidə “Valday” klubunun iclası keçiriləcək. “RİA Novosti” xəbər verir ki, iclasla bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, iclasda bir neçə ölkə prezidenti də iştirak edəcək:“Sessiyada Azərbaycan, Qazaxıstan, Filippin prezidentləri və İordaniya kralı iştirak edəcək. Onlar iclaslarda çıxış və iştirak edəcək.

Bundan başqa, Rusiya Prezidenti Vladimir Putinin həmkarları ilə təkbətək görüşləri də nəzərdə tutulub”.

24 Sentyabr, 2019  16:53 Baxılıb: 838

Bu bölmədə