Simsar.az | bizi özünüzə Simsar bilin
Diqqət! Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Simsar.az - a məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

24 Sentyabr, 2019  15:17 Baxılıb: 705

Bu bölmədə