Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyəyə müalicəyə gedən xalq artistinin vəziyyəti pisləşdi

Türkiyəyə müalicəyə gedən xalq artisti Naibə Allahverdiyevanın vəziyyəti pisləşib. Simsar.az baku.ws-ə istinadən xəbər verir ki, ARB TV-nin “Elgizlə İzlə” verilişində aktrisa ilə telefon əlaqəsi yaradılıb.

Xalq artisti ona İstanbulda həkimlərin təyin etdiyi dərmanları içdikdən sonra halının daha da ağırlaşdığını bildirib:

"Səhərə qədər yatmamışam, bütün bədənim yanır. Bakıya gəlmək istəyirəm, gələ bilmirəm. Yerimdən heç qalxa bilmirəm. Azərbaycana qayıtmaq üçün biletləri almışdıq, uça bilmədik, batdı. Təzyiqim tez-tez qalxdığı üçün təyyarəyə minə bilmirəm".

Aktrisa göz yaşları ilə kömək istəyib:

"Burada hər şey pulludur. Pulum bitib, yenidə xəstəxanaya da gedə bilmirəm. Xahiş edirəm, kimsə mənim burada müalicəmə və ya Bakıya geri qayıtmağıma kömək etsin".

23 Sentyabr, 2019  18:11 Baxılıb: 1266

Bu bölmədə