İlham Əliyev maltalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Malta Prezidenti Corc Vellaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
20 Sentyabr, 2019 19:07 ⁄ Baxılıb: 1866
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |