Gecə bu yol bağlanacaq
Bağırov körpüsünün altında təmir işləri aparılacaq. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq. Bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib. AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə edir.
20 Sentyabr, 2019 16:54 ⁄ Baxılıb: 777
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |