Simsar.az | bizi özünüzə Simsar bilin
12 ayda pul kütləsinin həcmi 29 faiz artıb

Dövriyyədə 8 milyard 176,4 milyon manat var

2011-ci il may ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 8 milyard 176,4 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8 faiz çoxdu. 

Mərkəzi Bankın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, 2011-ci il mayın 1-nə olan pul kütləsinin 5 milyard 457,8 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 256,4 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 462,2 milyon manatı isə müddətli depozitlərin payına düşüb.

10 İyun, 2011  16:11 Baxılıb: 1169

Bu bölmədə