ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi
ABŞ Hərbi Donanması ilk dəfə olaraq internetdə yayılan və UNO-ya aid olduğu iddia edilən videoların real olduğunu qəbul edib. Donanmanın mətbuat katibi məxfiliyi ləğv edilmiş üç hərbi videoda çox sürətlə hərəkət edən bu cisimlərin UNO olduğu deyib. ABŞ-ın “To The Stars Academy of Arts & Sciences” özəl araşdırma şirkəti tərəfindən 2017-ci ilin dekabr və 2018-ci ilin mart tarixləri arasında yayımlanan bu görüntülərdə xüsusi sensorlarla müəyyən edilən cisimlər görünür. 2004-cü ildə lentə alınan bir videoda isə sensorlar bir hədəfə kilidlənir. Amma hədəfdəki cisim sürətlə ekrandan itir və sonra bir daha görünmür. “BBC Türk”ün xəbərinə əsasən, 2015-ci ildə çəkilən iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi qırıcıların pilotlarının səs yazısı var. “Bu bir drondur, dostum. Aman Allah, küləyin əksinə hərəkət edirlər. Buna bax”, - deyə pilotlardan biri digərinə deyir.(oxu)
19 Sentyabr, 2019 18:19 ⁄ Baxılıb: 6038
Bu bölmədə17 Yanvar, 2020 Doşabın faydaları14 Yanvar, 2020 Alimlər Günəş sisteminin əsas sirrini açıblar17 Dekabr, 2019 Zelenski Bakıda mühafizəçilərsiz oyuncaq mağazasında - FOTO29 Oktyabr, 2019 Günəş sistemində yeni planet tapıldı |