Yeni “ASAN xidmət” mərkəzləri açılacaq
2019-cu ilin sonuna qədər Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha iki, regionlarda isə əlavə beş yeni analoji mərkəz açılacaq. Bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib. O bildirib ki, ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq: “Hazırda respunlika üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan beşi Bakıda, digərləri isə regionlarda əhaliyə xidmət göstərir. Bundan başqa, iki “ASAN kommunal xidmət” mərkəzi, bir “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir”.
19 Sentyabr, 2019 15:13 ⁄ Baxılıb: 746
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |