Qızıl oğrusu həbs edilib - FOTO
Qubada evdən qızıl-ziynət əşyaları oğurlayan şəxs tutulub. DİN Mətbuat Xidmətindən Simsar.az- a verilən məlumata görə, Bağbanlı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran 19 yaşlı Raman Mirzəyev saxlanılıb. Polis əməkdaşları tərəfindən R.Mirzəyevin ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan zinət əşyaları oğurlayıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib. Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
19 Sentyabr, 2019 13:40 ⁄ Baxılıb: 785
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |