Simsar.az | bizi özünüzə Simsar bilin
Qazaxıstanda silah anbarı partlayıb

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib. İnsident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib. APA “TASS” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir. Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.

 

14 Sentyabr, 2019  11:06 Baxılıb: 1161

Bu bölmədə