ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (ABŞ), Robert Bradtke (Fransa) və İqor Popov (Rusiya) cümə axşamı birgə bəyanatla çıxış ediblər. Simsar.az-ın ATƏT-in rəsmi internet səhifəsinə (www.osce.org) istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri 6-9 iyun tarixlərində Bakıda, Dağlıq Qarabağda və Yerevanda olublar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birgə həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan Prezidenti Serj Sarqsyanla və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşüblər.
10 İyun, 2011 04:23 ⁄ Baxılıb: 1007
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |