Simsar.az | bizi özünüzə Simsar bilin
Ukraynanın yeni xarici işlər naziri Azərbaycana gələcək

Ukraynanın yeni xarici işlər naziri Vadim Pristayko Azərbaycana səfərə gələcək. Nazir oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə iştirak edəcək. V.Pristayko səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sentyabrın 13-də bu ölkənin yeni xarici işlər naziri Vadim Pristayko ilə görüşüb. Səfir V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib. (report)

14 Sentyabr, 2019  11:04 Baxılıb: 888

Bu bölmədə