Simsar.az | bizi özünüzə Simsar bilin
"Cənnət ətri"

Hacı Şahin Həsənlinin ideya müəllifi olduğu "Cənnət ətri" filmi işıq üzü görüb. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərə həsr olunmuş qısametrajlı sənədli filmin rejissoru Elçin Ağazadə, ssenari müəllifi isə Kənan Əsgərzadədir. Filmdə Azərbaycan xalq artisti Həmidə Ömərova şəhid anası, Qarabağ qazisi Elmar Hüseynov isə hərbi komandir obrazlarını canlandırıblar.

Film Bakı, Məşhəd və Kərbəla şəhərlərində lentə alınıb. Əsərin əsas ideyası şəhidlərin anaları ilə birlikdə şəhidlər sərvəri İmam Hüseyni (ə) ziyarət etməsidir. Ənənəvi olaraq Azərbaycan zəvvarları Kərbəlanı əziz şəhidlərimizin şəkilləri əks olunan köynəklərdə ziyarət edirlər. Fildmə sanki Cənnətdən enən şəhidlərimiz bir-bir valideyinləri ilə birlikdə və onların yoluna sadiq gənclərin əhatəsində öz sərvərlərini ziyarət edirlər. Və onların cənnət ətri hər yanı bürüyür.

Filmdə şəhid anaları öz təəssüratlarını bölüşür, qəhrəman övladları haqda söz açırlar. Eyni zamanda ilahiyyatçı Hacı Şahin Həsənli şəhidlik məfhumunun fəlsəfəsi, Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhiyyəsi haqda danışır.

hacishahin.az

 

 

11 Sentyabr, 2019  18:30 Baxılıb: 854

Bu bölmədə