![]() |
AŞPA prezidenti Azərbaycana gəlir - SABAH
AŞPA prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək. AŞPA-nın verdiyi məlumata görə, səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. O, həmçinin, parlamentin Ailə, qadın, uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcək. Sentyabrın 11-də AŞPA prezidenti Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.(apa)
10 Sentyabr, 2019 15:14 ⁄ Baxılıb: 150
Bu bölmədə6 Dekabr, 2019 Atəşkəs pozulub5 Dekabr, 2019 Atəşkəs rejimi 20 dəfə pozulub2 Dekabr, 2019 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 28 Noyabr, 2019 Zelenski bu tarixdə Bakıya gəlir28 Noyabr, 2019 İlham Əliyev Miroslav Layçakla görüşdü |