Tanınmış jurnalistə vəzifə verildi
"Libraff" mağazalar şəbəkəsində yeni təyinat olub. "Xəzər” TV-dən tanıdığımız aparıcı Cəlalə Nəzəroğlu "Libraff" mağazalar şəbəkəsində rəhbərlik edəcək. Bu barədə son vaxtlaradak "ASAN radio"da çalışan C.Nəzəroğlu özü sosial şəbəkədə məlumat verib. O, göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən də Tale Heydərova təşəkkür edib. "Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra "Libraff" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm". Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. O, iş adamı kimi tanınıb və bir çox şirkətlərə rəhbərlik edir.(modern)
9 Sentyabr, 2019 12:39 ⁄ Baxılıb: 751
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |