Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya XİN-dən Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çağırış

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin razılaşdırılmasını təxirə salmaq qeyri-səmərəli olardı”.

Simsar.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O bildirib ki, münaqişənin nizamlanması prosesində irəliləyişə nail olunacağına ümidlər böyükdür: “Prezidentlərin Dovil bəyanatı tərəflərə siyasi nizamlanma prosesinin hansı hüduda çatdığını göstərdi. Bundan sonra əsas prinsiplərin razılaşdırılması konkret məqsəd olaraq qalır. Bu prosesi təxirə salmaq və ritorika ilə məşğul olmaq qeyri-səmərəlidir. Prezidentlərin verdiyi işarə odur ki, razılaşmaq, bu prinsipləri qəbul etmək və daha böyük sənəd üzərində işləmək lazımdır. Bu sənəd nizamlanmanın parametrlərini müəyyənləşdirir”.

10 İyun, 2011  02:06 Baxılıb: 962

Bu bölmədə