İmişlidə avtomobil kanala aşdı, bir ailənin beş üzvü öldü
İmişlidə gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə rayonun Əliqulular kənd ərazisində baş verib. İlkin məlumata görə, minik avtomobili idarəetməni itirərək kanala aşıb. Qəza nəticəsində beş nəfərin öldüyü bildirilir. Ölənlərin şəxsiyyəti müəyyənləşib. Bunlar İmişli şəhərinin sakinləri,1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Mərziyə Əmiraslan qızı, 1991-ci iltəvəllüdlü Məmmədov Elnur Etibar oğlu, 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı və əslən İmişlidən olub Bakıda yaşayan 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğludur. Faktla bağlı araşdırma davam etdirilir.(oxu)
9 Sentyabr, 2019 10:39 ⁄ Baxılıb: 836
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |