Simsar.az | bizi özünüzə Simsar bilin
Liviya əməliyyatına Türkiyəni də qoşurlar

"ABŞ müdafiə naziri Robert Qeyts diplomatik qaydaları pozub"

İyunun 8-də Brüsseldə NATO müdafiə nazirlərinin qapalı toplantısı keçirilib. 

Simsar.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ müdafiə naziri Robert Qeyts diplomatik qaydaları pozub, Türkiyə, Almaniya, Hollandiya, Polşa və İspaniyanı Liviyadakı əməliyyatlara yetərli dəstək verməməkdə günahlandırıb. 

Bu ölkələri Liviyada Müəmmər Qəddafiyə sadiq hərbi qüvvələrin bombalanmasına iştirak etməyə çağıran Robert Qeyts Liviyada əməliyyatlarda əsas ağırlığın NATO-nun 8 müttəfiq dövlətinin üzərinə düşdüyünü vurğulayıb. Robert Qeytsə İngiltərə və Fransa müdafiə nazirləri dəstək verib. ABŞ müdafiə nazirinin iradına yalnız İspaniya müdafiə naziri reaksiya verib.

9 İyun, 2011  22:40 Baxılıb: 1002

Bu bölmədə