Azərbaycan yığması Uels komandası ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uels yığması ilə üz-üzə gələcək. Kardiff şəhər stadionunda keçiriləcək qarşılaşmanı Farrucia Kannın rəhbərlik etdiyi Maltadan olan hakimlər briqadası idarə edəcək. Azərbaycan yığması E qrupundakı ilk 3 görüşdə məğlub olub. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən komanda evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana 0:1 hesabı ilə yenilib. Hazırda Uels 3 xalla 4-cü yerdədir. Hələ xal toplamayan Azərbaycan isə sonuncudur. Səfər qarşılaşmasında Rahil Məmmədov məşqdə zədələndiyi üçün oynamayacaq. Kadiffə yüngül zədəli vəziyyətdə yollanan Mahir Emrelinin də meydana çıxması sual altındadır. Uels yığmasına gəldikdə, İtaliya "Yuventus"unun yeni transferi Aaron Remsi əvvəlcədən dəvət alsa da sonra heyətdən kənarda qalıb. Buna səbəb kimi yarımmüdafiəçinin oyun praktikası sarıdan əziyyət çəkməsi və matça hazır olmaması göstərilib. Onun əvəzinə kollektivə İngiltərə "Mançester Yunayted"indən Dilan Levitt cəlb olunub. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək. AVRO-2020 Seçmə mərhələ, V tur 6 sentyabr 22:45. Uels - Azərbaycan Baş hakim: Farrucia Kann Trustin Baş hakimin köməkçiləri: Alan Kamilleri, Luke Portelli Dördüncü hakim: Alan Mario Sant (Hakimlər briqadası Maltadandır)
6 Sentyabr, 2019 10:18 ⁄ Baxılıb: 1125
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |