Simsar.az | bizi özünüzə Simsar bilin
Sabir Rüstəmxanlının partiyasının üzvləri mitinqə çixir

İctimai Palatada 8 VHP-çi var

İctimai Palatanın iyunun 19-da Nərimanov parkının qarşısındakı meydanda keçirməyi planlaşdırdığı mitinqdə Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri də iştirak edəcək. 

Lent.az-ın məlumatına görə, bunu partiyanın Gənclər Təşkilatının sədri Samir Əsədli deyib. O bildirib ki, VHP-nin İctimai Palatada təmsil olunan üzvləri 19 iyun mitinqində iştirak etməkdə sərbəstdirlər. S.Əsədli deyib ki, istənilən halda partiya üzvlərinin heç birinə mitinqdə iştirakla bağlı qadağa qoyulmayıb, istəyən şəxslər mitinqdə iştirak edə bilər.


VHP təmsilçisi onu da qeyd edib ki, hazırda İctimai Palatada VHP-ni 8 nəfər partiya üzvü təmsil edir. Ancaq qurumdakı üzvlərinin sayını bir qədər də artırmağa çalışırlar.

9 İyun, 2011  21:18 Baxılıb: 1187

Bu bölmədə