Simsar.az | bizi özünüzə Simsar bilin
Klassik cəbhəçilər icazəsiz aksiyalara qatılmayacaqlar

Müxalifət partiyası İctimai Palatanın qərarından imtina etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) iyunun 19-na təyin etdiyi aksiyaya icazə verməsə, İP-ə daxil olan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) aksiyada iştirak etməyəcək.

Bu barədə APA-ya İP-ə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib.

“KXCP-də belə bir mövqe var ki, icazəsiz aksiyada iştirakımız istisnadır” – deyə, X. Teyyublu bildirib.

Qeyd edək ki, İP iyunun 19-u tarixinə paytaxtdakı “Nərimanov” kinoteatrının qarşısına aksiya təyin edib. İP-in Müsavat Partiyası və AXCP-dən olan təmsilçiləri aksiyaya icazə verilməyəcəyi təqdirdə, başqa yerdə mitinq keçirəcəklərini bildiriblər.

9 İyun, 2011  20:51 Baxılıb: 1193

Bu bölmədə