Simsar.az | bizi özünüzə Simsar bilin
FAİQ AĞAYEV NİYƏ TAPANÇA GƏZDİRİB?

Xalq artistinin mətbuat katibi və köməkçisi susur 

Xalq artisti Faiq Ağayevin silahı oğurlanıb. Simsar.az saytı Nəsimi Rayon Polisn İdarəsindən əldə etdiyi məlumatlara əsasən bildirir ki, bir müddət əvvəl müğənni hüquq mühafizə orqanlarına müraciət edərək Xarici Dillər Universitenin yaxınlğında yerləşən mənzilindən pnevmatik tapançasının oğurlandığını deyib. O, silahın evinə gələnlər tərəfindən oğurlana biləcəyi ehtimalını da söyləyib. 

Ortada cavabı olmayan bir neçə sual var: Faiq Ağayev tapançanı hansı məqsədlə alıb? Silah oğurlanan gün onların evində kimlər olub?

Simsar. az saytının əməkdaşı bu suallara aydınlıq gətirmək üçün xalq artıstinin özü ilə əlaqə saxlamağa çalışıb.

Müğənninin mobil telefonu şəbəkə xaricində olduğundan, suallar mətbuat xidmətinin rəhbəri Fuad Həsənova ünvanlanıb. F.Həsənov bu barədə məlumatsız olduğunu deyərək, məsələni dəqiqləşdirdikdən sonra məlumat verəcəyini bildirsə də, davamlı zənglər cavabsız qalıb.

Xalq artistinin köməkçisi Sima xanım da F.Ağayevin silahının oğurlanmasından xəbərsiz olduğunu söyləyib.


Ramil

9 İyun, 2011  20:37 Baxılıb: 1989

Bu bölmədə