Simsar.az | bizi özünüzə Simsar bilin
Natəvan Həbibi “Turkvision” müsabiqəsində

Populyar müğənni Natəvan Həbibi iyunun 14-də “Turkvision” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək. 

Simsar.az-ın məlumatına görə, iyunun 11-dən etibarən nümayəndə heyətimiz Türkiyəyə yollanacaq. “Türkvision”da 20 türkdilli ölkə təmsil olunacaq. Sözügedən müsabiqə TRT-nin dəstəyi ilə artıq 3 ildir, təşkil olunur. Ötən il müğənni Elnarə Xəlilova müsabiqədə iştirak etmişdi. 

Bu il müsabiqə Pamukkaledə keçiriləcək. “Eurovision-2011” qaliblərimiz Eldar və Nigar gecənin fəxri qonağı olacaq. Həbibi orada Murad Arifin “Təyyarələr” mahnısı ilə çıxış edəcək.

9 İyun, 2011  20:07 Baxılıb: 1506

Bu bölmədə