Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya Qəbələ RLS-ə görə Azərbaycana çox pul verməlidir

Araz Əzimov belə iddea edir

Rəsmi Bakı Qəbələ radiolokasiya stansiyasının icarə qiymətini artırmaq niyyətindədir.

Simsar.az-ın xəbərinə görə, bu barədə “Reuters” Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimova istinadən məlumat yayıb. Əzimov bildirib ki, Rusiya icarənin müddətini uzatmaq istəyir: “Biz əməkdaşlığı davam etdirməyə hazırıq, amma şərtlərə yenidən baxmaq lazımdır”. 



Nazir müavini rəsmi Bakının konkret hansı məbləği tələb etdiyi açıqlamayıb, o yalnız bildirib ki, risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbilə icarə haqqının məbləği də artırılmalıdır.

Xatırladaq ki, Qəbələ RLS Rusiyanın raket hücumundan müdafiə sisteminin mühüm elementidir. O cənub istiqamətindən mümkün raket zərbələri barədə əvvəlcədən xəbərdarlığı təmin edir. Stansiyanın icarə müddəti 2012-ci ilin sonunda başa çatır.

9 İyun, 2011  19:06 Baxılıb: 1205

Bu bölmədə