Simsar.az | bizi özünüzə Simsar bilin
Fransa və Əlcəzair Azərbaycana yeni səfir təyin etdi

Fransa Azərbaycana yeni səfir təyin edib. Bu haqda Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Fransanın Xarici İşlər üzrə baş müşaviri Zaxari Qross Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Əlcəzair Xalq Demokratik Respublikası da Azərbaycana yeni səfir təyin edib. Bu barədə Əlcəzair Prezidenti Əbdülqadir bin Salah sərəncam imzalayıb.

Sərəncamla Salimə Abdelhaq Əlcəzairin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub Qeyd edək ki, səfirlik Türkiyədə yerləşir.

23 Avqust, 2019  15:58 Baxılıb: 806

Bu bölmədə