Simsar.az | bizi özünüzə Simsar bilin
Şamaxıda da yanğın başlayıb

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, avqustun 22-də nazirliyin "112" qaynar telefon xəttinə Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

22 Avqust, 2019  18:48 Baxılıb: 912

Bu bölmədə