Lerik meşələrindəki yanğın evlərə yaxınlaşır
Lerik və Lənkəran rayonlarının meşə ərazisində baş verən yanğın davam edir. Meşəlik ərazidən başlayan yanğın Lerikin Piran kəndində yaşayış evlərinə yaxınlaşır. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi cəlb olunub. Küləkli hava yanğının söndürülməsi işində çətinlik yaradır. Qeyd edək ki, avqustun 20-si saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanır. Yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb ediliblər.(oxu)
21 Avqust, 2019 13:20 ⁄ Baxılıb: 766
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |