Siyəzəndə ağır qəza: yaralılar var
Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Siyəzən Rayon Polis Şöbəsindən rayonun Eynibulaq kənd sakini, 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə, 8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar. Yaralılardan 6-nın xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü M.Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər. Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)
21 Avqust, 2019 12:31 ⁄ Baxılıb: 860
Bu bölmədə1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü22 Yanvar, 2024 33 yaşlı kişi itkin düşüb - SUMQAYITDA31 İyul, 2023 DSX-nin əsgəri dünyasını dəyişib22 Noyabr, 2022 Lənkəranda narkotik satışına görə 19 nəfər saxlanılıb |