Simsar.az | bizi özünüzə Simsar bilin
Vilayət Eyvazov yeni polis rəisi təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb. Nazirin müvafiq əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub. Bundan sonra sözügedən vəzifəni polis polkovnik-leytenantı Samir Həsənov icra edəcək.

Qeyd edək ki, S.Həsənov buna qədər Bakı şəhər Nərmanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin rəisi işləyib.

20 Avqust, 2019  18:56 Baxılıb: 721

Bu bölmədə